Zaqatalanın üç bələdiyyə sədri CƏRİMƏLƏNDİ – RƏSMİ 

Zaqatalanın üç bələdiyyə sədri CƏRİMƏLƏNDİ – RƏSMİ 

Hazırda oxunan: Zaqatalanın üç bələdiyyə sədri CƏRİMƏLƏNDİ – RƏSMİ 

146322

Rayonun Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye, eləcə də məişət tullantılarının qalaqlanması, çirkab suların su hövzələrinə axıdılması faktları aşkarlanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ətraf mühitin çirkləndirilməsi hallarına qarşı rayon polis şöbəsinin keçirdiyi reydlər zamanı yol verilən pozuntular aşkar edilib. Elə bu səbəbdən həmin kəndlərin bələdiyyə sədrləri, bir neçə şəxs inzibati məsuliyyətə cəlb edilib.

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları təsdiqlənib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Həmçinin, keçirilən tədbirlər zamanı çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. 

Anoloji reyd və baxışların digər kənd bələdiyyələri ərazisində keçirilməsi planlaşdırılır. 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO