Dövlət orqanlarında 61 vakant vəzifə daxili müsahibəyə ÇIXARILIB

Dövlət orqanlarında 61 vakant vəzifə daxili müsahibəyə ÇIXARILIB

Hazırda oxunan: Dövlət orqanlarında 61 vakant vəzifə daxili müsahibəyə ÇIXARILIB

146315

2023-cü il iyunun 21-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 95 namizədlə 95 müsahibənin keçirilməsi planlaşdırılır. Elan üzrə 12 dövlət orqanında mövcud olan 61 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 95 namizədlə 95 müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Statistika Komitəsi, Dayanıqlı inkişaf statistikası şöbəsi, Regional statistika sektoru, sektor müdiri (1 vakant yer üzrə 11 namizəd) üzrə yaranıb.

Müsahibələrin iyulun 20-dən avqustun 15-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO