Vilnüsdə Ukrayna-NATO Şurasının QAPALI İCLASI keçirilir

Vilnüsdə Ukrayna-NATO Şurasının QAPALI İCLASI keçirilir

Hazırda oxunan: Vilnüsdə Ukrayna-NATO Şurasının QAPALI İCLASI keçirilir

145880

Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bu gün hərbi blokun Vilnüs şəhərində keçirilən sammitində Ukrayna-NATO Şurasının ilk iclasının açılışını edib.

Bizim.Media xəbər verir ki, şuranın iclasında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.

“Bu, tarixi bir məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - deyə Yens Stoltenberq qısa açılış nitqində bildirib. 

O, həmçinin Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd edib.

Bundan sonra Ukrayna-NATO Şurasının iclasının qapıları mətbuat üçün bağlanıb. Hazırda iclas qapalı rejimdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO