“Araz Naxçıvan”ın yeni rəhbəri BƏLLİ OLDU – FOTO  

“Araz Naxçıvan”ın yeni rəhbəri BƏLLİ OLDU – FOTO  

Hazırda oxunan: “Araz Naxçıvan”ın yeni rəhbəri BƏLLİ OLDU – FOTO  

145879

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Araz-Naxçıvan"ın ümumi yığıncağı keçirilib. 

Bizim Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda klubun yeni təsisçiləri – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 %) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 %) – barədə məlumat verilib. 

Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib, İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. 

Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər. 

İdarə Heyətinin tərkibi 

Ramin Axundov – Sədr // Prezident 
Nurlan Həsənov 
Ceyhun Məmmədov 
İmran Kələşov 

Müşahidə Şurasının tərkibi 

Vüqar Abbasov – sədr 
Orxan Hüseynov – sədr müavini 
Taleh İbrahimov – üzv 
Elxan Babayev – üzv 
Rövnəq Xəlilov – üzv 
Mahir Şıxəliyev – üzv 

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub.

Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” Futzal Klubunun prezidentidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO