İlham Əliyev Numan Kurtulmuşu qəbul ETDİ - VİDEO

İlham Əliyev Numan Kurtulmuşu qəbul ETDİ - VİDEO

Hazırda oxunan: İlham Əliyev Numan Kurtulmuşu qəbul ETDİ - VİDEO

145844

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib. 

Bizim.Media xəbər verir ki, Numan Kurtulmuş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. 

Dövlət başçısı Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində qələbə münasibətilə bir daha təbriklərini çatdırıb. 

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Numan Kurtulmuşun səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi qeyd olunub. 

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsinin, bu təşkilat və TÜRKPA formatında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO