"Günay Bank"ın əmanətçilərinə ödənilən vəsaitin həcmi AÇIQLANDI 

Hazırda oxunan: "Günay Bank"ın əmanətçilərinə ödənilən vəsaitin həcmi AÇIQLANDI 

145829

Cari ilin iyun 19-dan iyulun 11-nə qədər lisenziyası ləğv olunmuş "Günay Bank" ASC-nin qorunan əmanətləri üzrə "Bank Respublika" ASC tərəfindən ödənilmiş kompensasiyaların ümumi məbləği açıqlanıb. 

Bizim.Media Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, göstərilən dövr ərzində əmanətçilərə ümumilikdə 29 milyon 347 min 665 manat ödənilib.  

Bunun 23 milyon 026 min 534 manatı milli valyuta ilə, yerdə qalan 6 milyon 321 min 131 manatı və ya 21,54 faizə qədəri isə ABŞ dolları və avro ilə ödənilib.  

Diqqətə çardıraq ki, ləğv olunmuş "Günay Bank" ASC-nin əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi məbləği 35 milyon 120 min manat həcmindədir. Bu vaxta qədər ödənilən vəsaitləri də hesablasaq, aydın olar ki, artıq bunun təxminən 83,5 faizi geri qaytarılıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO