Ukrayna Baxmutda iki istiqamətdə İRƏLİLƏYİR

Ukrayna Baxmutda iki istiqamətdə İRƏLİLƏYİR

Hazırda oxunan: Ukrayna Baxmutda iki istiqamətdə İRƏLİLƏYİR

145812

“Ukrayna müdafiəçiləri cəbhənin üç istiqamətində, o cümlədən Baxmut yaxınlığındakı iki bölgədə hücumlarını davam etdirirlər”.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev bildirib. 

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. 

"Baxmut istiqamətində qoşunlarımız Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir. Belaya Qora - Andreevka və Belaya Qora - Kurdyumovka istiqamətlərində bəzi yerlərdə müvəffəqiyyət qazanıblar, çatdıqları ərazilərdə möhkəmlənməkdədirlər. Əsgərlərimiz müəyyən edilmiş düşmən hədəflərinə artilleriya atəşi ilə zərbələr endirir” - Kovalev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO