Ukrayna NATO-ya üzv olmağa bir addım YAXINLAŞIB

Ukrayna NATO-ya üzv olmağa bir addım YAXINLAŞIB

Hazırda oxunan: Ukrayna NATO-ya üzv olmağa bir addım YAXINLAŞIB

145769

NATO ölkələrinin nümayəndələri Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın alyansa daxil olması prosedurunu sadələşdirmək barədə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə yekun qərar qəbul edilib.

Beləliklə, Ukrayna üzvlük üçün lazım olan Fəaliyyət Planının hazırlıq mərhələsini tamamlamaq məcburiyyətində olmayacaq.
“Biz 2008-ci ildə Buxarestdə Ukraynanın NATO-ya üzv olması ilə bağlı üzərinə götürdüyümüz öhdəliyi bir daha təsdiqləyirik”, - qərarda deyilir.

NATO-nun baş katibi Yens Stoltenberq ilkin planın ləğv edilməsini və Ukrayna-NATO Şurasının yaradılmasını Ukraynanın üzvlüyünə doğru "aydın yol" adlandırıb. 

Məlumat üçün bildirək ki, NATO-nun Üzvlük Fəaliyyət Planı (MAP) alyansa yeni üzvlərin qəbulu üçün proqramdır. Proqramda siyasi, iqtisadi, hərbi və hüquqi sahələrdə islahatlar öz əksini tapıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO