Fransa Ukraynaya uzaq mənzilli raketlərin tədarükünə BAŞLAYIB

Fransa Ukraynaya uzaq mənzilli raketlərin tədarükünə BAŞLAYIB

Hazırda oxunan: Fransa Ukraynaya uzaq mənzilli raketlərin tədarükünə BAŞLAYIB

145760

Fransa artıq uzaq radiuslu “SCALP” raketlərinin Ukraynaya tədarükünə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Fransa Müdafiə Nazirliyindəki mənbəyinə istinadla məlumat yayıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya uzaq radiuslu silahlar veriləcəyini elan etdiyi andan ilk raketlər Kiyevə yola salınıb.

Bir müddət öncə Fransa Prezidenti NATO-nun Vilnüs şəhərindəki sammitinə gələrkən uzaq məsafəyə zərbələr endirmək üçün Kiyevə yeni raketlər vermək qərarına gəldiklərini bildirib.
O, həmçinin Ukraynanın apardığı əks-hücum əməliyyatları ilə bağlı yaranan vəziyyəti nəzərə alaraq, bu ölkəyə silah və sursat tədarükünü artıracaqlarını vurğulayıb.

Qeyd edək ki, “SCALP” Böyük Britaniyanın “Storm Shadow” raketlərinin analoqu sayılır. Bu raketlər 300 kilometr uzaqlıqdakı hədəflərə dəqiq zərbə endirmək imkanına malikdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO