Prezident: “Azərbaycanın əlverişli coğrafi vəziyyəti nəqliyyat sahəsində əlavə imkanlar yaradır”

Prezident: “Azərbaycanın əlverişli coğrafi vəziyyəti nəqliyyat sahəsində əlavə imkanlar yaradır”

Hazırda oxunan: Prezident: “Azərbaycanın əlverişli coğrafi vəziyyəti nəqliyyat sahəsində əlavə imkanlar yaradır”

145727

“Xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin sədrliyi ilə müşavirə KEÇİRİLDİ - FOTO


Ölkəmizdə nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparıldığını, ərazimizdə infrastrukturun demək olar tam modernləşdirildiyini deyən dövlət başçısı vurğulayıb:

“Bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO