"Harri Potter" kitabının ilk nəşri hərracda 35 min dəfə baha satıldı

Hazırda oxunan: "Harri Potter" kitabının ilk nəşri hərracda 35 min dəfə baha satıldı

145575

Coan K.Roulinqin 30 pensə (təxminən 36 sentə) alınmış "Harri Potter və fəlsəfə daşı" (1997) kitabının ilk nəşrinə İngiltərədə 10,5 min funt sterlinqə (13,5 min dollar) qiymət qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə Staffordşirdə hərrac keçirən "Riçard Uinterton" hərrac evi tviterdə məlumat yayıb.

Kitabın satıldığı məbləğ 35 min dəfə yuxarı olub.

Ekspertlər bunun 1997-ci ildə çap olunmuş 500 nüsxədən biri olduğunu təsdiqləyiblər. Bunlardan 300-ü İngiltərədəki kitabxanalara göndərilib və yalnız 200-ü satışa çıxarılıb.

2017-ci ildə gənc sehrbaz Harri Potter haqqında yazılan kitabın ilk nəşri Londonda "Bonhams" hərrac evində rekord məbləğə - 106 min funt-sterlinqə (140 min dollar) satılıb. 1997-2007-ci illərdə britaniyalı yazıçının yeddi cildliyi nəşr olunub. 80-dən çox dildə nəşr olunan kitabların ümumi tirajı 500 milyon nüsxəni keçir. Roulinqin bu əsərləri əsasında ondan çox film çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO