Avropa İttifaqından ukraynalılara DAHA BİR DƏSTƏK

Avropa İttifaqından ukraynalılara DAHA BİR DƏSTƏK

Hazırda oxunan: Avropa İttifaqından ukraynalılara DAHA BİR DƏSTƏK

145567

Avropa İttifaqı (Aİ) ukraynalılar üçün pulsuz rouminq müddətini daha bir il uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunub ki, müvafiq razılıq Avropa Komissiyasının yardımı ilə yeddi Ukrayna və 22 Avropa mobil operatoru arasında əldə olunub.

Elektron rabitə üzrə Avropa tənzimləyiciləri orqanı sazişin effektivliyini qeyd edib, çünki bu, transsərhəd zənglər üçün sərfəli xidmətlərin göstərilməsinə imkan verir.

Bundan əlavə, Avropa Komissiyası Ukraynanın Aİ-nin rouminq zonasına inteqrasiyasına hazırlaşır ki, bu da daha stabil və uzunmüddətli həlli təmin edəcək.

Xatırladaq ki, aprel ayında Avropa İttifaqı Şurası Ukraynanın Aİ-nin azad rouminq zonasına daxil olmasını dəstəkləmişdi. Bu, ukraynalılara Avropa ölkələrində rouminq üçün daha az pul ödəməyə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO