Ombudsman Bəxtiyar Hacıyevlə görüşdü - Hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Ombudsman Bəxtiyar Hacıyevlə görüşdü - Hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Hazırda oxunan: Ombudsman Bəxtiyar Hacıyevlə görüşdü - Hüquq-mühafizə orqanlarına müraciət ediləcək

14551

Aktivist Bəxtiyar Hacıyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə B.Hacıyev öz feysbuk hesabında yazıb.

"Bu gün son hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva ilə görüşdük".

 

MÖVZU İLƏ BAĞLI:

Bəxtiyar Hacıyev: “Araz çayı haqqında bayatı İranın 44 günlük savaşdakı mövqeyinə cavab idi”


"Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək, ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi...

Ombudsman Aparatı hüquq-mühafizə, istintaq orqanı deyil, ancaq hər bir halda Səbinə xanımın operativ reaksiyası və insani münasibətini görmək xoş oldu", - B.Hacıyev qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə B.Hacıyevə aid olduğu iddia edilən şəxsi mesajlar və səs yazıları yayılıb.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO