Firuzə İbadova: “Cavan da olsaydım, plastik əməliyyat etdirməzdim” – VİDEO 

Firuzə İbadova: “Cavan da olsaydım, plastik əməliyyat etdirməzdim” – VİDEO 

Hazırda oxunan: Firuzə İbadova: “Cavan da olsaydım, plastik əməliyyat etdirməzdim” – VİDEO 

145423

“Bir çox insanların burunlarında çəpər əyriliyi olur. Belə olanda da nəfəs almaqda çətinlik çəkirik. İllər əvvəl burnumdakı çəpər əyriliyini əməliyyat vasitəsi ilə aradan qaldırmışam. Amma burnumun öz formasına toxunulmayıb. Ondan sonra rahat nəfəs almağa başladım və səs tellərimə artıq yük düşmür”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətkar bildirib ki, cavan yaşda olsaydı belə, plastik əməliyyat etdirməzdi: 

“Mən bundan başqa heç bir plastik əməliyyat keçirməmişəm. Axı estetik əməliyyat mənim nəyimə lazımdır? Cavan da olsaydım, əməliyyat etdirməzdim. Pəhrizimi saxlayıb, vaxtı-vaxtında idman edərdim”. 
Proqramın aparıcısı Elgiz Əkbərin “Bəlkə sizin boyun hissənizdə olan sallaqlığı plastik əməliyyat vasitəsi ilə dartdıraq?” sualına İbadova “Nəyimə lazımdır? Heç ehtiyac yoxdur. Tamaşaçı məni belə də görüb, belə də sevib” cavabını verib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO