İmtahanda yüksək bal toplayan şəhid anasının çıxışı alqışlarla QARŞILANDI - VİDEO 

İmtahanda yüksək bal toplayan şəhid anasının çıxışı alqışlarla QARŞILANDI - VİDEO 

Hazırda oxunan: İmtahanda yüksək bal toplayan şəhid anasının çıxışı alqışlarla QARŞILANDI - VİDEO 

145211

“Belə sual səsləndirdilər ki, aşağı bal toplayan müəllimlərin taleyi necə olacaq? Bəs MİQ imtahanından yüksək bal toplayıb evlərdə vakansiya gözləyən gənc müəllimlərin taleyi necə olacaq?!” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qaziyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.  

O bildirib ki, MİQ imtahanı ilə yüksək nəticə göstərərək işə qəbul olunmuş müəllimləri görəndə qürur hissi keçirir:

“Müəllim mütləq öz üzərində işləməlidir. Biz elm və texnikanın o qədər sürətli inkişaf etdiyi dövrdə yaşayırıq ki, niyə xaricdən geri qalmalıyıq? Son illər gənc və savadlı müəllimin qarşısında geniş imkanlar açılıb. Bizim işə girdiyimiz dövrdə belə imkanlarımız olmayıb. Bu imkanlardan maksimum yararlanın”. 

Müəllimin çıxışı auditoriya tərəfindən alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Südabə Qaziyeva müəllimlərin sertifikasiya imtahanında 60 baldan 59 bal toplayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO