Cavanşir Məmmədov tamaşaçılara tərəfkeşlik üçün pul təklif edib? - VİDEO

Cavanşir Məmmədov tamaşaçılara tərəfkeşlik üçün pul təklif edib? - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov tamaşaçılara tərəfkeşlik üçün pul təklif edib? - VİDEO

145109

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi kimi təqdim edən Kemal Mustafa İbili “Təsir dairəsi” ictimai-sosial verilişinə çıxaraq, kömək istəyib.   

Bizim.Media xəbər verir ki, proqramda qızğın müzakirə gedən zamanı studiyada əyləşən xanım tamaşaçılardan biri əlinə mikrofonu alaraq Məmmədovun veriliş başlamazdan əvvəl onlara yaxınlaşaraq “Tərəfimi saxlasan sənə 100 manat pul verəcəyəm” deməsi ortalığı qarışdırıb. 

“Cavanşir bəy, veriliş boyu siz Mustafanı təhqir edirsiniz. Onun danışmasına imkan vermirsiniz. Kim danışırsa hamının cavabını veririsiniz. Yalan danışmayın. Siz həmin adam deyildiniz ki, veriliş başlamazdan əvvəl bizə tamaşaçılara yaxınlaşıb “Mənə tərəf danış sizə 100 manat pul verəcəyəm”, - deyə xanım tamaşaçı bildirib. 
Bundan sonra Əməkdar artisti əsəbləşərək ayağa qalxıb və tamaşaçılar tərəfə gedib.  

“Bunu deyənin balası ölsün. Onlara söylədim ki, haqqa tərəf danışın. Mən kimə pul təklifi etmişəm?”, - deyə Məmmədov vurğulayıb. 

Proqramın aparıcısı Lalə Azərtaşın “Bu çox böyük ittihamdır” deyərək həmin xanım tamaşaçıya “Nə eşitdiniz? 100 faiz bu sözləri eşitdiniz?” deyə sual verib. 

Xanım tamaşaçı isə “Bəli, deyib. Özüm öz qulaqlarımla eşitmişəm. İndi digər xanım tamaşaçılar qorxduqlarından boyunlarına almırlar” sözlərini dilə gətirib.

Cavanşir Məmmədov isə demişəm ki, pulumu Mustafa qaytarsa, burada o pulu səpələcəyəm fikrini bildirib. 

Lalə isə ortalığı sakitləşdirməyə çalışıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO