İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni son sevgilisi 33 yaşlı Marta Faşinə sərvət dəyərində miras qoyub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəmin 100 milyon avro olduğu üzə çıxıb.
Bildirilib ki, siyasətçinin kiçik qardaşı da eyni məbləğdə miras alıb. Vəsiyyətnamənin əsas hissəsini 2006-cı ildə Silvio Berluskoni şəxsən yazıb.
Onun böyük övladları- Pier Silvio və Marina Berluskoni atalarının 1978-ci ildə qurduğu Fininvest ailə holdinqinin 53%-nə sahib olacaqlar.
2020-ci ildə Berluskoni vəsiyyətinə başqa insanlarla bağlı müddəaları əlavə edib. O, sevimli Marta Faşinaya 100 milyon avro, qardaşı Paoloya 100 milyon avro və uzun müddətdir iş ortağı və yaxın dostu Marçello del Utriyə daha 30 milyon avro yazıb.
Qeyd edək ki, Silvio Berluskoni iyunun 12-də 86 yaşında leykozdan vəfat edib. Marta Faşina siyasətçinin yanında xəstəxanada son günlərini keçirib. 2022-ci ilin mart ayında Berluskoni sevgilisi ilə simvolik toy edib. Berluskoni dünyanın və İtaliyanın ən zəngin adamlarından biri olub. “Forbes” dərgisinin məlumatına görə, onun öldüyü zaman sərvəti 7,1 milyard dollar olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:20 / 07.07.2023
Berluskoni sevgilisinə 100 milyon avro sərvət BAĞIŞLADI - FOTO
Hazırda oxunan: Berluskoni sevgilisinə 100 milyon avro sərvət BAĞIŞLADI - FOTO
Hazırda oxunan: Berluskoni sevgilisinə 100 milyon avro sərvət BAĞIŞLADI - FOTO
145087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.