“Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ
“Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, - deyə dövlət başçısı qeyd edib.
Bizim.Media