Kürdəmirdə 6 ton ot YANIB 

Kürdəmirdə 6 ton ot YANIB 

Hazırda oxunan: Kürdəmirdə 6 ton ot YANIB 

144964

Kürdəmirdə vətəndaşa məxsus tövlə və 6 ton ot yanaraq külə dönüb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb. 

Belə ki, yanğın kənd sakini 1973- cü il təvəllüdlü Səmədov Nemət Səməd oğluna məxsus tövlədə baş verib.Yanğın zamanı ümumi sahəsi 70 kv metr olan tövlə və tövlədə olan 9 ton ot bağlamasından 6 tonu yanaraq külə dönüb. 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. 

Fakt araşdırılır.  

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO