Yenidən təşkil edilən mədəniyyət idarələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib

Yenidən təşkil edilən mədəniyyət idarələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib

Hazırda oxunan: Yenidən təşkil edilən mədəniyyət idarələrinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib

144947

Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, nazirliyin 13 regional mədəniyyət idarəsi yaradılıb. İyulun 5-də mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.  

Məlumata görə, müşavirədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələrinin rəisləri iştirak ediblər. 

Mədəniyyət naziri yeni təyinatla bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində verdiyi tapşırıqların yerlərdə icrası ilə bağlı, mədəniyyət xidmətlərinin müasir dövrün tələblərinə uyğun qurulması, şəffaf və səmərəli idarəetmə mexanizminin yerlərdə tətbiqi, mədəniyyət sahəsində insan kapitalının inkişafı, istedadlı şəxslərə dəstək göstərilməsi idarələrin qarşısında duran mühüm məsələlərdir. 

Müşavirədə mədəniyyət müəssisələrinin cari vəziyyətinin, maddi-texniki bazasının təhlil edilməsi, mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin yerində müəyyənləşdirilməsi məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, əsaslı təmirə ehtiyacı olan müəssisələrlə bağlı təkliflərin hazırlanması, mədəniyyət sahəsində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, bacarıqlı, təcrübəli mütəxəssislərin mədəniyyət sahəsində fəaliyyətə cəlb edilməsinin diqqətdə saxlanılması, uşaq incəsənət, musiqi, rəssamlıq, aşıq, muğam məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin artırılması, istedadlı uşaq və gənclərlə işin səmərəli təşkili və digər məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib. 

Bununla yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətində nöqsanların və sair neqativ halların vaxtında aşkar edilməsi və aradan qaldırılması istiqamətində işin gücləndirilməsi tələb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO