“Real” “Fənərbağça”nın gənc ulduzunu TRANSFER ETDİ 

“Real” “Fənərbağça”nın gənc ulduzunu TRANSFER ETDİ 

Hazırda oxunan: “Real” “Fənərbağça”nın gənc ulduzunu TRANSFER ETDİ 

144926

"Fənərbaxça"nın yarımmüdafiəçisi Arda Gülər "Real"la anlaşıb.  

Bizim.Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.  

Klublar 18 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.   

"Real" Gülər üçün 20 milyon avro ödəyəcək, Türkiyə klubu Gülərin "Real"dan başqa kluba satılacağı halda daha 20 faiz gəlir götürəcək. Üstəlik, digər bonuslar da sövdələşməyə daxil ediləcək.  

Daha öncə futbolçunun "Barselona"ya keçəcəyi haqda xəbərlər yayılmışdı.  

Qeyd edək ki, Arda Gülər “Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klubun akademiyasında olub, daha sonra “Fənərbaxça”da çıxış edib.

Arda əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 qolun ötürməsini verib. O, Türkiyə millisində də 4 oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbaxça" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt"da oyunçunun qiyməti 15 milyon avro göstərilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO