“Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsi həm aparatda, həm də digər struktur bölmələrində maliyyə hesabatlarının auditini keçirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, DSMF aprelin 3-də “Qurumların aparat və digər struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması” məqsədilə yeni tender elan edib.
Bu gün isə maliyyə dəyəri 341 min 020 manat olan müsabiqənin qalibi “KPMG Audit Azərbaycan” MMC (VÖEN - 1402738501) elan olunub.
Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə görə, şirkət DSMF-nin aparatında və qurumlarında maliyyə bazarının əməliyyat xidmətlərini həyata keçirəcək.
Qeyd edək ki, “KPMG Audit Azərbaycan” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Audit şirkətinin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Hikmet Muratdır. Şirkət yarandığı gündən Azərbaycanda fəaliyyət göstərən bəzi dövlət orqanlarının və bankların audit yoxlamasını aparıb.
Röşvən Ziya, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:45 / 06.07.2023
Dövlət Sosial Müdafiə Fondunun maliyyə hesabatlarının AUDİTİ APARILACAQ – FOTO
Hazırda oxunan: Dövlət Sosial Müdafiə Fondunun maliyyə hesabatlarının AUDİTİ APARILACAQ – FOTO
Hazırda oxunan: Dövlət Sosial Müdafiə Fondunun maliyyə hesabatlarının AUDİTİ APARILACAQ – FOTO
144911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.