Qırğızıstan prezidentinin əmisi oğlu həbs edildi

Qırğızıstan prezidentinin əmisi oğlu həbs edildi

Hazırda oxunan: Qırğızıstan prezidentinin əmisi oğlu həbs edildi

144890

Qırğızıstan Prezidentinin yaxın qohumu Ulan Japarov korrupsiya ittihamı ilə həbs olunub.

Bizim.Media xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin mətbuat katibi Erbol Sultanbayev deyib.

“Həbs olunan Ulan Japarov həqiqətən də dövlət başçısının qohumudur. O, gömrük məsələləri ilə bağlı korrupsiya sxemlərində iştirakda şübhəli bilinir. Prezident Sadır Japarov şübhəlilərə qarşı bütün hüquqi tədbirləri görməyi tələb edib”, - deyə Erbol Sultanbayev bildirib. 
O, 32 yaşlı Ulan Japarovun Qırğızıstan Prezidentinin əmisi oğlu olduğunu təsdiqləyib.

Mətbuat katibi deyib ki, istənilən vətəndaş cinayət törədəcəyi təqdirdə qanunun bütün gücü ilə məsuliyyətə cəlb olunacaq: 

“Bu hadisə korrupsiya ilə mübarizədə ayrı-seçkiliyin olmadığını bir daha sübut edir. Bu, dövlət başçısının tələbidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO