"Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik" - Direktor 

Hazırda oxunan: "Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik" - Direktor 

144870

“Biz Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik. İnanırıq ki, azadlıq hərəkatını dəstəkləmək üçün bizim regional quruma ehtiyacımız var, ona görə də Melaneziya Təşəbbüs Qrupunu yaratdıq”. 

Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, bu barədə Melaneziya Təşəbbüs Qrupunun siyasi məsələlər üzrə direktoru (Solomon Adaları) Ilan Kiloe Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. 

“Biz Azərbaycanın QH-yə sədrliyi dövründə təşkilatın gündəliyində müstəmləkəçiliyin aradan qaldırılması ilə bağlı müzakirələrə daha çox yer almasında verdiyi dəstəyə görə təşəkkür edirik” – o deyib. 

O, Yeni Kaledoniyada referendum keçirilməsi barədə qeyd edib ki, 2021-ci ildə bu referendum keçiriləndə onun təmsil etdiyi təşkilat bunun təxirə salınması barədə müraciət etsə də, bu nəzərə alınmayıb:

“Bu referendumun keçirilməsi birtərəfli addım idi, beynəlxalq hüququn pozulması idi və onun güc yolu ilə keçirilməsi nəticələri qeyri-legitim edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO