Kiyevdə məhkəmə binasında yenə PARTLAYIŞ OLUB - VİDEO  

Kiyevdə məhkəmə binasında yenə PARTLAYIŞ OLUB - VİDEO  

Hazırda oxunan: Kiyevdə məhkəmə binasında yenə PARTLAYIŞ OLUB - VİDEO  

144773

Kiyevin Şevçenko rayon məhkəməsinin binasında növbəti partlayış baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyi təsdiqləyib. 

Partlayışdan sonra hüquq-mühafizə orqanının əməkdaşı məhkəmədən qaçaraq binaya yaxınlaşmaq üçün təcili yardım maşını tələb edib.  

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:

"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb".
Ukrayna mətbuatının məlumatına görə, xüsusi təyinatlılar binaya basqın etməyə başlayıb. Hazırda hadisə yerində müstəntiqlər, kinoloqlar və həkimlər işlərini davam etdirirlər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO