Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı məhkəmə başlayıb 

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı məhkəmə başlayıb 

Hazırda oxunan: Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı məhkəmə başlayıb 

144755

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika idarəsinin rəisi Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmə prosesi keçirilib. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə ilkin məlumatlar və şikayətin dəlilləri araşdırılıb. 

Məhkəmənin növbəti baxış iclası iyulun 18-nə təyin edilib. 

Qeyd edək ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. 

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO