Brilliant Dadaşova: “Dəhşətdir, indi hamı oxuyur\

Brilliant Dadaşova: “Dəhşətdir, indi hamı oxuyur\" - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova: “Dəhşətdir, indi hamı oxuyur\" - VİDEO

144657

“Musiqimizə özbək, ərəb, fars ritmələri gəlib. Hamısı qatışıb bir-birinə. Televiziya və radiolar müğənnilərin həmin ritmlərdə mahnı oxumasına qadağa qoysalar yaxşı olar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Sənətçi hazırda dəbdə olan musiqiləri tənqid edib:  

“Əvvəllər sevinirdim ki, hamı oxuyur, keyfi “kökdür”. Çünki biz ağır günlər yaşadıq, müharibədən keçdik. O zamanlar elə bir yerdə yaşayırdım ki, evimizin altında hər gün 30-40 şəhid aparırdılar. Sonra bu mərhələni geridə qoyduqdan sonra dedim ki, nə yaxşı hamı oxuyur. İndi isə qorxa-qorxa deyirəm ki, hamı oxuyur. Bir sözlə, dəhşətdir. Əndazəni aşmışıq. Əfsuslar olsun ki, musiqilər bir-birinə qarışıb. Bütün dünya xalqlarının mahnılarını “həftəbecər” ediblər. Bunu etmək olmaz! İndi bir çox müğənnilərin ifası da bir-birinə bənzəyir. Onları ayırd edə bilmirəm. Avtomobildə gedərkən radioda oxuyan müğənnini səsindən tanıya bilmirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO