Azərbaycanla Ermənistan arasında müzakirə edilən məsələlərdən biri də sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu istiqamətdə məsələləri həll etmək üçün ikitərəfli komissiya fəaliyyət göstərir.
Lakin sülh dialoqunun digər müddəalarından fərqli olaraq, delimitasiya məsələsi uzun illər tələb edən prosesdir. Bunun da iki başlıca səbəbi var.
1. Son yüz ildə, xüsusilə də SSRİ dönəmində Azərbaycan və Ermənistan arasında sərhədlər dəfələrlə dəyişdirilib. Əksər hallarda müxtəlif adlarla, ən absurd bəhanələr gətirməklə bir sıra ərazilərimiz SSRİ rəhbərliyinin xeyir-duası ilə Ermənistana verilib. Əksərən, ermənilər kənd təsərrüfatı ilə bağlı Moskvaya uydurma nağıllar danışmaqla bəzi kəndlərimizi və rayonlarımızı özününküləşdirməyə çalışıblar. Və təəssüflər olsun ki, buna nail olublar.
2. Xəritələrin çoxluğu və onlar arasındakı fərqlər. Yenə də Sovet dönəmində Azərbaycan və Ermənistan arasında sərhədləri əks etdirən onlarla fərqli xəritə hazırlanıb. Təkcə, 1970-1990-cı illərdə 33 müxtəlif xəritə hazırlanıb. Həmin xəritələrin əksəriyyətinin hazırda Rusiya Baş Qərargahında saxlanıldığı bildirilir.
Təbii ki, obyektiv səbəblərlə yanaşı, Ermənistanın danışıqları uzatmaq və sülhdən yayınmaq cəhdləri də delimitasiya prosesinin önünə daş qoyur.
Prosesin uzanması bərabərində bir sıra problemləri də meydana gətirir. Ermənistanın vaxtaşırı əl atdığı sərhəd təxribatlarının baş verməsinin bir səbəbi də məhz delimitasiya prosesinin aparılmamasıdır.
Sadalananlar fonunda əsas sual doğuran məqam isə hazırki situasiyada delimitasiya prosesinin nə qədər uzanacağıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, delimitasiya prosesi Azərbaycana ədalətin bərpası üçün lazımdır:
“Önəmlisi odur ki, qanunsuz olaraq Ermənistana verilən torpaqların hamısı Azərbaycana qaytarılsın. Ona görə də danışıqlar zamanı Azərbaycan məhz bu meyara əsaslanan xəritəni seçməlidir. Burada başqa meyarlar ola bilməz.
Delimitasiya prosesi ölkəmizə ədaləti bərpa etmək üçün lazımdır. Ona görə də delimitasiya prosesinin yekun həlli nə qədər vaxt lazımdır, qoy o qədər çəksin. Birinci nömrəli vəzifə ədalətin bərpasıdır. Bu çox sadə bir yanaşmadır. Burada ağıllı sözlər və sadə şeyləri deməyə ehtiyac yoxdur”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 05.07.2023
Delimitasiya prosesi nə qədər uzanacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ
Hazırda oxunan: Delimitasiya prosesi nə qədər uzanacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ
Hazırda oxunan: Delimitasiya prosesi nə qədər uzanacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ
144621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.