Pakistan Azərbaycanla turizm əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

Pakistan Azərbaycanla turizm əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

Hazırda oxunan: Pakistan Azərbaycanla turizm əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır

144550

Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi iyulun 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında keçirilən görüşdə müzakirə olunub. 

Dövlət Turizm Agentliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə Fuad Nağıyev son dövrlərdə Pakistandan gələn ziyarətçilərin sayında artımın olmasını, Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə Pakistanda keçirilən beynəlxalq turizm sərgilərində iştirak haqqında məlumat verərək təbliğat tədbirlərinin davam etdiriləcəyini qeyd edib. 

Nazir Sacid Hüsseyn Turi Azərbaycan ilə Pakistan arasında turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, turizmin müxtəlif növləri barədə, xüsusilə dağ turizmi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib. 
Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili, eləcə də bloger və media nümayəndələrindən ibarət nümayəndə heyətləri üçün infoturların təşkili, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə edilib. 

Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. 

Qeyd edək ki, Azərbaycana həyata keçirilən səfərlərin sayına görə Pakistan pandemiyadan sonra tam bərpa olunan hədəf bazarlar içərisində yer alaraq 2022-ci ilin statistikasına əsasən 51 700 nəfər ziyarətçi sayı ilə 7-ci yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-may aylarının 2019-cu və 2022-ci illərin müvafiq dövrü ilə müqayisəsində Pakistandan gələn ziyarətçilərin sayında 23 və 43 faiz artım müşahidə edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO