Bakıda zəlzələ daha güclü formada təkrarlana bilərmi? – Seysmoloqdan MÜHÜM AÇIQLAMA 

Bakıda zəlzələ daha güclü formada təkrarlana bilərmi? – Seysmoloqdan MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Bakıda zəlzələ daha güclü formada təkrarlana bilərmi? – Seysmoloqdan MÜHÜM AÇIQLAMA 

144430

“Yaxın zamanlarda Bakıda bundan güclü zəlzələ olmayacaq”. 

Bunu Bizim.Media-ya açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 5,7 bal gücündə ZƏLZƏLƏ OLUB - VİDEO


O bildirib ki, Bakının zəlzələ tarixinə baxsaq görərik ki, Bakıda 7-8 bal gücündə zəlzələ olması mümkün deyil: 

“Buna xırda bir sübut deyim. Görün “Qız qalası” neçə əsrdir sağlam dayanır?! Ötən əsrlərdə Bakıda güclü zəlzələ olsaydı, bunun təsirini biz Qız qalasının üzərində hiss edərdik. Qeyd edim ki, Azərbaycan ərazisində zəlzələlərin ocağı əsasən Abşeron yarımadasının şimal-şərqində və Bakının cənub hissəsi Duvannı deyilən ərazilərdə var. Zaman-zaman bu ərazilərdə baş verən zəlzələlər Bakıda da hiss olunur”. 

Seysmoloq bir məsələni də qeyd edib ki, bu cür zəif zəlzələlərin baş verməsi əslində pis hal deyil: 

“Məhz belə xırda zəlzələlərin baş verməsi bizi dağıdıcı zəlzələlərdən sığortalayır. Çünki, yerin təkindəki enerji, güc boşalmaq məcburiyyətindədir. Belə xırda zəlzələlər hesabına da yerin təkindəki güc boşalır. Bu hesaba da dağıdıcı zəlzələlərin baş vermə ehtimalı minimuma enir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO