İyulun 2-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli kamikadze dronları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.
Bizim.Media “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının başçısı məlumat yayıb.
Məlumata görə, düşmənin bütün hədəfləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Administrasiyanın rəhbəri Sergey Popko qeyd edib ki, bu, son 12 gündə paytaxta ilk hücumdur.
Bizim.Media