ATƏT-in Parlament Assambleyasının payız sessiyası İrəvanda keçiriləcək.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ATƏT PA-nın Vankuverdə keçirilən sessiyasında qərar qəbul edilib.
Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan bildirib ki, bu, Cənubi Qafqazda təhlükəsizlik problemləri və onların nəticələrini müzakirə etməyə imkan verəcək.
"Təhlükəsizlik problemləri ATƏT regionunu sarsıtmağa davam edir və bu şəraitdə parlamentlərarası əməkdaşlıq və dialoq getdikcə daha çox əhəmiyyət kəsb edir", - o əlavə edib.
Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının parlament platforması 57 ölkədən 320-dən çox deputatı birləşdirir. Təşkilatın əsas məqsədi ATƏT-in hərtərəfli təhlükəsizlik məqsədlərini irəli sürməklə parlamentlərarası dialoqu təşviq etməkdir.
Azərbaycan nümayəndələri də ATƏT PA-da təmsil olunurlar. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri millət vəkili Azay Quliyevdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:12 / 01.07.2023
ATƏT PA-nın payız sessiyası İrəvanda KEÇİRİLƏCƏK
Hazırda oxunan: ATƏT PA-nın payız sessiyası İrəvanda KEÇİRİLƏCƏK
Hazırda oxunan: ATƏT PA-nın payız sessiyası İrəvanda KEÇİRİLƏCƏK
144034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.