“Qisas-2” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparıldı – VİDEO

“Qisas-2” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparıldı – VİDEO

Hazırda oxunan: “Qisas-2” əməliyyatında məhv edilən erməni hərbçilərin meyitləri Ermənistana aparıldı – VİDEO

144018

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini yaxınları müşayiət edib.

Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.

Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Qeyd edək ki, "Qisas-2" əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO