Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Bizim.Media aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, ekoloji vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad edilmiş rayonlarda kompleks monitorinqlər aparılır və transsərhəd çaylara nəzarət edilir.
MÖVZU İLƏ BAĞLI:
Azad edilən ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması yekunlaşıb
Qarabağ iqtisadi rayonu üzrə 13 filiz yatağının fond məlumatları əsasında xəritələri hazırlanıb.
İşğaldan azad olunmuş rayonların topoqrafik xəritələrin hazırlanması işləri davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri potensialının ölçülməsi məqəsdilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarında potensial günəş enerjisi ərazilərinə baxış keçirilmiş və Zəngilan rayonunda ölçmə-müşahidə stansiyası quraşdırılıb.
Hidroenerji potensialından səmərəli istifadə ilə bağlı İşçi Qrupun aidiyyəti qurumları tərəfindən müvafiq işlər aparılır.
Regionda balıqçılığın inkişaf etdirilməsi məqsədilə balıqçılıq təsərrüfatlarının yaradılması üçün münasib ərazilərin müəyyən edilməsi, həmçinin mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün işlər aparılır.
Sahəvi Tədbirlər Planına uygun olaraq işğaldan azad edilmiş ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır.
Deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Bizim.Media