Azərbaycan əsirlikdə olan erməni qadını geri qaytardı – O, artıq Beyrutdadır

Azərbaycan əsirlikdə olan erməni qadını geri qaytardı – O, artıq Beyrutdadır

Hazırda oxunan: Azərbaycan əsirlikdə olan erməni qadını geri qaytardı – O, artıq Beyrutdadır

14390

Azərbaycanda əsirlikdə olan livanlı erməni qadın Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasından deputat Naira Zohrabyan öz Facebook səhifəsində yazıb.

“Maral Nacaryan bir neçə dəqiqə əvvəl Beyrutdakı evinə gəlib. Yaxşı ki, qayıtdın”, deyə parlamentin üzvü qeyd edib.

Xatırladaq ki, Livan və Ermənistan vətəndaşı olan Maral 10 noyabrda Laçında əsir götürülmüşdü. 

Məlumata görə, M. Nacaryanın əsirlikdən buraxılmasında Rusiyanın rəsmi şəxsləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Livan bölməsi xüsusi rol oynayıb.

O, snayper kimi Qarabağda döyüşlərə qatılıb və Azərbaycan Ordusuna qarşı vuruşub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO