“Makron ermənilərin özündən daha çox erməni olmağa çalışır” -  Sergey Markov 

“Makron ermənilərin özündən daha çox erməni olmağa çalışır” -  Sergey Markov 

Hazırda oxunan: “Makron ermənilərin özündən daha çox erməni olmağa çalışır” -  Sergey Markov 

143896

“Makron “Qarabağ” yox, “Artsax” ifadəsini işlətməklə sanki ermənilərdən daha çox erməni milli maraqlarını müdafiə etmək istədiyini ifadə edir. Bu cür yanaşma isə Ermənistan-Azərbaycan danışıqlar prosesində Fransa və Avropa İttifaqının imkanlarını əngəlləyir”.

Bizim.Media xəbər verir ki, bunu Emmanuel Makronun son çıxışını Rusiya mediasına şərh edərkən Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O bildirib ki,  belə siyasətlə, bu cür bəyanatlarla Makron gələcəkdə də Fransadakı nəhəng və nüfuzlu erməni icmasından böyük dəstək alacağına ümid edir: 

“Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatdan iki il yarım vaxt keçir. Amma nizamlanmada heç bir irəliləyiş yoxdur. Yaxşı olar ki, Makron bunun səbəbini soruşsun. İki ölkənin cəmiyyətlərində bir-birinə böyük nifrət hökm sürür, silahlı qüvvələr bir-birinə yaxındır.

Bu şəraitdə belə məsuliyyətsiz çıxışlar sadəcə vəziyyəti daha da gərginləşdirir. Eşidirik ki, hər gün Qarabağda atəşkəs pozulur. Halbuki, Ermənistan üçtərəfli bəyanata görə, o, silahlı birləşmələri Qarabağdan çoxdan çıxarmalı idi və Ermənistanın silahlı qüvvələri ümumiyyətlə orada olmamalıdır. Təkcə bu fakt Azərbaycanı güc tətbiq etməyə məcbur edir. Vəziyyət bu cür davam edərsə, böyük ehtimalla güclü toqquşma olacaq”.

Sergey Markov əlavə edib ki, rəsmi İrəvan Qarabağ ermənilərinə Azərbaycandan muxtariyyət tələb edir:

“Sanki Rusiyanın Voronej vilayəti hansısa xüsusi status tələb edir. Amma Azərbaycan o muxtariyyəti verməyəcək. Çünki, ermənilərin öz muxtariyyət statusundan sui-istifadə etmələrinin tarixdə acı təcrübəsi var. Muxtariyyət verilsə, bu, həm Azərbaycan, həm də Ermənistan tərəfləri üçün uzunmüddətli və ağrılı növbəti bir münaqişəyə gətirib çıxaracaq.. Ona görə də Azərbaycanda muxtariyyət  məsələsinə heç kim razı olmayacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO