“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvülüklə bağlı ərizəsinə bu ilin dekabrında baxılacaq”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.
Onun sözlərinə görə Ukraynanın islahat səyləri müharibə dövründə qeyri-adi olub:
“Əgər bu meyarlar kifayət qədər yerinə yetirilibsə, biz cavab verməliyik”, - deyə Metsola qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizəni imzalayıb. Martın 1-də Avropa İttifaqı Parlamenti Ukraynaya üzvlüyə namizəd statusunu təsdiqləyib.
Həmçinin bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski Aİ ölkələrinin liderləri qarşısında çıxışı zamanı qeyd etmişdi ki, Ukrayna hakimiyyəti yaxın 6 ayda ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa ümid edir.
O vurğulayıb ki, Ukraynanın Avropa Komissiyasının tövsiyələrini yerinə yetirməkdə irəliləyişləri müəyyən edilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:43 / 30.06.2023
Ukraynanın Aİ-yə üzvlük məsələsinə DEKABRDA baxılacaq
Hazırda oxunan: Ukraynanın Aİ-yə üzvlük məsələsinə DEKABRDA baxılacaq
Hazırda oxunan: Ukraynanın Aİ-yə üzvlük məsələsinə DEKABRDA baxılacaq
143861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.