Dünyanın ən dinc ölkələri -  2023-cü ilin reytinq SİYAHISI

Dünyanın ən dinc ölkələri -  2023-cü ilin reytinq SİYAHISI

Hazırda oxunan: Dünyanın ən dinc ölkələri -  2023-cü ilin reytinq SİYAHISI

143858

Dünyanin ən dinc ölkələrinin reytinqi açıqlanıb. Ardıcıl 15-ci dəfə İslandiya ən dinc ölkə kimi tanınıb. Əfqanıstan isə ən təhlükəli ölkə olub. 

Dünya reytinqi nədir?

Qlobal Sülh İndeksi dünya əhalisinin demək olar ki, 100%-ni təşkil edən 160-dan çox ölkə üzrə illik araşdırmadır. 

Bizim.Media xəbər verir ki, Sidney İqtisadiyyat və Sülh İnstitutunun mütəxəssisləri dünyada hansı dövlətlərin ən dinc və təhlükəsiz, hansının isə ən təhlükəli olduğunu hesablayır.
 

MÖVZU İLƏ BAĞLI:

İslandiya Moskvadakı səfirliyini BAĞLAYIR 


İndeks 23 göstərici, o cümlədən, militarizasiya səviyyəsi, təhlükəsizlik dərəcəsi, daxili və beynəlxalq münaqişələrdə iştirak, terrorla mübarizə səyləri, siyasi sabitlik, qaçqınların və məcburi köçkünlərin sayı əsasında hesablanır.

Ümumi bal nə qədər aşağı olsa, dövlətdə sülh baxımından vəziyyət bir o qədər yaxşıdır. İslandiya 1,107 balla hələki dünyanın ən dinc ölkəsidir.

Ölkənin belə yüksək reytinqi aşağı cinayət nisbəti, təhsil və sosial təminat sistemlərinin sabitliyi, ədalətli ödəniş, ölkədə təmsil olunan müxtəlif iqtisadi siniflər arasında hər hansı bir gərginliyin olmaması ilə bağlıdır.   
İslandiyadan sonra dünyanən ən dinc ölkələri açıqlanıb. Bu ölkələr Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya, Portuqaliya, Sloveniya, Çex, Sinqapur və Yaponiyadır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO