Cəlilabadda yol qəzasında yaralananların sayı 5-ə ÇATDI - VİDEO

Cəlilabadda yol qəzasında yaralananların sayı 5-ə ÇATDI - VİDEO

Hazırda oxunan: Cəlilabadda yol qəzasında yaralananların sayı 5-ə ÇATDI - VİDEO

143760

Cəlilabad rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların sayı 5-ə çatıb.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, xəsarət alanlar hamısı Cəlilabad rayon sakinləridir.

Bunlar 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyevdir.

*** 11:28

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Adnalı kəndi istiqamətində qeydə alınıb. 

Qəza zamanı "Ford" markalı avtomobillə "VAZ" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

 



Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO