Rus ordusu Ukraynaya kamikadze dronları ilə hücum etdi

Rus ordusu Ukraynaya kamikadze dronları ilə hücum etdi

Hazırda oxunan: Rus ordusu Ukraynaya kamikadze dronları ilə hücum etdi

143657

Rusiya Silahlı Qüvvələri iyunun 28-ə keçən gecə “Şahed” kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya növbəti hava hücumu həyata keçiriblər. Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvə və vasitələri 6 PUA-nı vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Rusların kamikadze dronlarla cənub-şərq istiqamətindən hücuma keçməsi də dəqiqləşdirilir.

İyunun 28-nə keçən gecə rus qoşunları PUA-lar ilə Çerkassı vilayətinə hücum edib. “Şahed” dronlarının bir neçəsi vurulsa da, iki dron anbara düşüb. Lakin xəsarət alanlar yoxdur.

Bu barədə isə Çerkassı vilayətinin hərbi administrasiyasının rəhbəri İqor Taburts məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO