ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov-Mirzoyan danışıqları 3 gün DAVAM EDƏCƏK
Məlumata görə, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.
Xatırladaq ki, Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Bizim.Media