Paşinyan Ermənistan ordusundakı fərarilərin sayını AÇIQLADI 

Paşinyan Ermənistan ordusundakı fərarilərin sayını AÇIQLADI 

Hazırda oxunan: Paşinyan Ermənistan ordusundakı fərarilərin sayını AÇIQLADI 

143572

“2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Ermənistanda  hərbi xidmət qaydalarının pozulması, o cümlədən digər hərbi cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aid edilib”. 

Bizim.Media “Spuntik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib. 

“Cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmrin yerinə yetirilməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə xitam vermə, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma və digər hallarla əlaqədar açılıb”, - Paşinyan əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO