Putin: “İstənilən şantaj, iğtişaş törətmək cəhdləri uğursuzluğa məhkumdur” - VİDEO 

Putin: “İstənilən şantaj, iğtişaş törətmək cəhdləri uğursuzluğa məhkumdur” - VİDEO 

Hazırda oxunan: Putin: “İstənilən şantaj, iğtişaş törətmək cəhdləri uğursuzluğa məhkumdur” - VİDEO 

143473

“Ölkəmizdə istənilən şantaj, iğtişaş törətmək cəhdləri uğursuzluğa məhkumdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. 

O ötən həftə Rusiyada baş verən “Vaqner” hərbi birləşmələrinin qiyamını xatırladaraq qeyd edib ki, üsyan təşkilatçıları öz ölkələrinə və xalqlarına xəyanət ediblər.

“Onsuz da silahlı üsyan yatırılacaqdı. Bu çətin dönəmdə ruslara dözüm, həmrəylik və vətənpərvərlik nümayişi üçün təşəkkür edirəm”, - deyə Rusiya lideri qeyd edib. 

Putin qeyd edib ki, Rusiya Federasiyasındakı düşmənlər, Kiyevdəki “neonasistlər”, onların Qərb himayədarları və milli satqınları məhz bu cür qardaş qırğınının törədilməsinə və nəticədə Rusiyanın məğlubiyyətinə can atırdılar. 

O həmçinin, üsyançıların yolunda duran və vəzifəsinə sadiq qalan təhlükəsizlik qüvvələrinə təşəkkür edib, həlak olan pilotların ailələrinə başsağlığı verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO