Qobustanda qaya daşlarının arasında meyit TAPILDI 

Qobustanda qaya daşlarının arasında meyit TAPILDI 

Hazırda oxunan: Qobustanda qaya daşlarının arasında meyit TAPILDI 

143451

Qaradağ rayonunun Qobustan qəsəbəsində qaya daşlarının arasında meyit aşkarlanıb.  

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in "112" qaynar xəttinə məlumat daxil olub.  

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır. 

Tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO