Bakıda gəmidə yanğın söndürüldü - VİDEO

Bakıda gəmidə yanğın söndürüldü - VİDEO

Hazırda oxunan: Bakıda gəmidə yanğın söndürüldü - VİDEO

14345

Xəbər verildiyi kimi, 10 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qapalı qatı tüstününün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO