Zabratda təndirxanadakı partlayışda 5 nəfər XƏSARƏT ALIB - SİYAHI

Zabratda təndirxanadakı partlayışda 5 nəfər XƏSARƏT ALIB - SİYAHI

Hazırda oxunan: Zabratda təndirxanadakı partlayışda 5 nəfər XƏSARƏT ALIB - SİYAHI

143433

Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb. 

Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib. 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO