"Azəriqaz" SMS bildirişlərin göndərilməsinə başladı

Hazırda oxunan: "Azəriqaz" SMS bildirişlərin göndərilməsinə başladı

14343

“Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İB-dən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Qazi və şəhid ailələrinin evinə qaz verildi


Məlumata  görə, təxminən bir ay əvvəl start verilən yeni proqramlaşdırma işləri müvəffəqiyyətlə tamamlanıb. Mart ayının 9-dan etibarən bir gün ərzində Bakı şəhəri və Abşeron yarımadasını əhatə etməklə 12 inzibati rayon üzrə SMS bildirişlər Birliyin abonent bazasında mövcud olan mobil telefon nömrələrinə göndərilib.

Ümumilikdə, 61 mindən çox abonenti əhatə edən SMS bildirişlər 5 mln. manata yaxın debitor borcun yığımını əhatə edir. Ən çox SMS bildirişi Abşeron rayonu üzrə 10 970 abonent alıb.

SMS bildirişlərin göndərilməsi “Azəriqaz” İstehsalat Birliyi üçün də yeni bir təşəbbüs olduğundan bəzi xırda çatışmazlıqlar ortalığa çıxa bilər. Bir sutka ərzində 10-a yaxın belə müraciət daxil olub.

Əsasən bu müraciətlər bəzi abonentlərin bazadakı mövcud mobil nömrələrinin daha sonra digər şəxslərə satılması və ya bağışlanmasından irəli gələn məsələləri əhatə edir.

Lakin bu halda da çətinliklər tez bir zamanda araşdırılaraq aradan qaldırılır.

Qeyd edək ki, bundan sonrakı mərhələdə proqram təminatı təkmilləşdirilməklə, SMS bildirişlərin göndərilməsinin ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO