Ermənistan parlamentində yenidən dava düşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, deputatlar bir-birini təhqir ediblər.
Parlamentin spikeri Alen Simonyan və “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan bir-birinə nalayiq ifadələr işlədiblər.
Bundan sonra fasilə elan edilib və iclasın yayımı dayandırılıb. Davaya səbəb hakim partiyanın nümayəndələrinin müxalif deputat Vigen Xaçatryana və bütövlükdə müxalifətə irad tutması olub.
“Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da iqtidar nümayəndələrinə sərt cavab verib.
Bizim.Media