İntihara cəhd edən jurnalist: “Anama demək istədim ki...” - FOTO

İntihara cəhd edən jurnalist: “Anama demək istədim ki...” - FOTO

Hazırda oxunan: İntihara cəhd edən jurnalist: “Anama demək istədim ki...” - FOTO

14338

“Ailə önəmli rol oynayır. Öz intiharımdan nümunə götürərək deyim. Yetkinlik çağındaykən intihara cəhd etdim. Niyə? Böyük bir səbəb də yox idi, sadəcə anama dedim ki, filan işdə çalışmaq istəmirəm. Anam əsəbiləşdi və bütün günü mənə təzyiq göstərdi. Şiddət yox idi, sadəcə məni psixoloji sıxırdı”

Bizim.Media xəbər verir ki, bunu bir zamanlar intihara cəhd etmiş müstəqil jurnalist Dilarə Zamanova “Musavat tv”nin canlı debatında açıqlayıb.

Bütün bu psixoloji təzyiqlərdən sonra...

“Fikirləşdim ki, artıq mən lazım deyiləm, sevilmirəm. Çünki mənim atam erkən yaşlarımda vəfat edib. Mən də düşünmüşəm ki, məni ən çox sevən insan anamdır”.

Dilarə Zamanovanın sözlərinə görə, onu intihara vadar edən ana sevgisini itirmək qorxusu olub. 

“Düzü özümü haradansa atmadım, damarlarımı kəsmədim. Ciddi bir şey etmədim, amma anama demək istədim ki, mən gedə bilərəm. İnsan psixologiyası fincan kimidir, su gəlir dolur və buir anda partlaya bilir. 

Bir jurnalist kimi intiharların bu qədər tirajlanmasının tərəfdarı deyiləm. Çünki uşaqlar baxırlar, bundan örnək götürürlər.

Baxır ki, “o intihar elədi, canını qurtardı. Mən də bu problemi yaşayıram, özümə qəsd edərək canımı qurtarım” deyə fikirləşir və intihar edirlər. 

İntiharların birinci səbəbi kimi məktəblərdə müəllimlərin düzgün dərs metodikasının olmamasını görürəm”,- deyə Dilarə Zamanova fikrini bildirib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO