Ramiz Əzizbəylinin xanımı: “10 il xəstə oldu, hərəkət edə bilmirdi” – VİDEO 

Ramiz Əzizbəylinin xanımı: “10 il xəstə oldu, hərəkət edə bilmirdi” – VİDEO 

Hazırda oxunan: Ramiz Əzizbəylinin xanımı: “10 il xəstə oldu, hərəkət edə bilmirdi” – VİDEO 

143369

“Ramiz özü haqqında heç zaman fikirləşmirdi. Hamı üçün nələrsə etmək istəyirdi. Özünü düşünmürdü. Elə ona görə də o günə qaldı. Ramiz torpaq altında yatası deyil idi”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd xanım “O üz” verilişinə müsahibəsində deyib. 

Sənətkarın xanımı bildirib ki, aktyor 10 ildən çox mədə-bağırsaq xəstəliyindən əziyyət çəkib:

“Ramizin nə qədər işləri və fikirləri, ürəyində o qədər sözü vardı. Heç nəyi edə bilmədi. İki il olacaq ki, Ramiz dünyasını dəyişib. Amma biz sakit ola bilmirik (ağlayır). Səhər onun adı ilə açılır. Axşam da onun adı ilə yatırıq. Son 10 il o çox xəstə oldu. Heç hərəkət edə bilmirdi. Əslində çox şeylər var, amma deyə bilmirəm. Biz onu görə bilmədik. Bir-birimizə olan sözümüzü belə deyə bilmədik. Ancaq onun yaşamağını istəyirdim.

O elə əvvəldən xəstə idi. Mədə-bağırsağında problem var idi. Ona görə çox əziyyət çəkdi. Çox möhkəm ağrıları olurdu. Buna rəğmən işinə gedib-gəlirdi. O, işini hər şeydən üstün tuturdu. Onun üçün birinci növbədə əsas iş idi. Ramiz Mədəniyyət İncəsənət Universitetində dərs deyirdi. O, tələbələrinə ata kimi qayğı göstərirdi. Onlar üçün nə lazım idisə edirdi. Sol əl ilə yazmağı öyrənirdi. Şeirlər, hekayələr yazırdı”. 
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib.

Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. Onun infarkt keçirdiyi də açıqlanmışdı. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Aktyor Qurd qapısı qəbiristanlığında dəfn edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO